Dünya futbolu

“Real”da ciddi itki: “Bavariya”ya qarşı oynamayacaq

“Real”ın futbolçusu Qaret Beyl Çempionlar Liqasının 1/4 finalında “Bavariya” ilə matçda iştirak etməyəcək.

İdmanxeber.com-un məlumatına görə, Almaniya klubu ilə ilk matçda (1:2) zədələnən uelsli yarımmüdafiəçinin zədəsi hələ də sağalmayıb. Bu səbəbdən onun cavab qarşılaşmasında oynamayacağı gözlənilir.

Qeyd edək ki, “Real” – “Bavariya” görüşü bu gün keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43