Dünyadan

“Real”da daha bir itki- zədəlilərin sayı artır

“Real”ın və Almaniya yığmasının yarımmüdafiəçisi Sami Xedira 3 həftəlik sıradan çıxıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçu İspaniya çempionatında “Atletiko”ya (4:0) məğlub olduqları oyunda zədələnib.

Daha əvvəl Madrid klubu zədə səbəbindən Xames Rodrigez, Luka Modric və Serxio Ramosun xidmətindən məhrum olmuşdu.

Qeyd edək ki, almaniyalı futbolçu bu mövsüm “Real”ın heyətində 16 dəfə meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43