Dünya futbolu

“Real”da hədəf Halandır – onlarla yollar ayrılır

“Real” “Mançester Siti”nin hücumçusu Erlinq Halandı transfer etmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi 2024-ci ildə norveçli oyunçunu heyətinə qatmaq istəyir. “Kral klubu” ulduz futbolçu üçün 220-240 milyon avro təklif verəcək. 

Yeni transferlə yanaşı, bir neçə oyunçu da klubu tərk edəcək. Mənbə yazır ki, Toni Kroos, Eden Hazard, Luka Modriç kimi isimlərlə yollar ayrılacaq.

Klub bu oyunçuların gedişi ilə ciddi maliyə yükündən qurtulmağı planlaşdırır. 

“Real”ın transfer siyahısının ilk sırasında yer alan Haland bu mövsüm Premyer Liqada 26 oyuna çıxıb, 28 qol vurub və 5 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43