Dünya futbolu

“Real”da iki itki birdən

İspaniya La Liqasında səfərə “Selta”nı 4:2 hesabı ilə məğlub edən  “Real”ın heyətində iki itki baş verib. Belə ki, matçın 19-cu dəqiqəsində Kasemiro, 71-ci dəqiqədə isə Naço Fernandez zədlənərək məcburi əvəzlənib.

İlkin müayyinədən sonra hər iki futbolçunun da zədəsinin ciddi olduğu ortaya çıxıb. Braziliyalı oyunçu Kasemironun 3 həftə, Naçonun isə 3 ay yaşıl meydanlardan uzaq qalacağı bidirilib.

Qeyd edək ki, Madrid təmsilçisində Varan, Marselo, Karvahal və Jesus Valejo zədə səbəbindən “Selta”ya qarşı oynaya bilməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43