08 Sentyabr 2024
Dünya futbolu

“Real”da transfer planı bəlli oldu

“Real” zədəli David Alabanın yerinə müdafiəçi almağı düşünmür.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı futbolçu La Liqanın 17-ci turunun “Vilyareal”la oyununda (4:1) zədələnib. Müayinədən sonra müdafiçinin sol dizinin ön çarpaz bağının qopması diaqnozu qoyulub. Futbolçu yaxın günlərdə əməliyyat olunacaq.

“Marca” yazır ki, “kral klubu” rəhbərliyinin planları dəyişməyib. Onlar Alaba və Eder Militaonun zədələnməsinə baxmayaraq, yeni futbolçularla müqavilə imzalamayacaq.

Mərkəz müdafiəçi mövqeyini gücləndirmək yay transfer pəncərəsi üçün də prioritet məqsəd deyil. “Real” hazırda sol cinah müdafiəçisi almağa diqqət yetirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43