Dünya futbolu

“Real”da yeni müqavilə

Dani Sebalyos “Real”la müqaviləsini uzada bilər.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi “kral klubu” ilə 3 illik yeni müqavilə imzalamağa yaxındır. Futbolçunun daha öncə “Real”dan ayrılmaq istədiyi bildirilsə də, Sebalyos komandada qalacaq.

Onun Madrid təmsilçisi ilə hazırkı müqaviləsi yayda başa çatır.

Sebalyos 2017-ci ildən “Real”da çıxış edir. O, iki mövsümü icarə əsasında “Arsenal”da keçirib.

26 yaşlı futbolçu Madrid klubunun heyətində bütün turnirlərdə 45 matçda 1 qol və 8 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43