Kateqoriyasız

“Real”dan 48 milyonluq transfer

İspaniyanın “Real” klubu növbəti transferini həyata keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi “Lion”un müdafiəçisi Ferlan Mendini heyətinə cəlb edib.  48 milyon qarşılığında heyətə cəlb edilən 24 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mendi ötən mövsüm “Lion”da 44 matçda 3 qol vurub, 3 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43