Dünya futbolu

“Real”dan De Xea üçün 65 milyonluq təklif

“Real” yayda yenidən “Mançester Yunayted”in və İspaniya millisinin qapıçısı David De Xeanı transfer etməyə çalışacaq.

İdmanxeber.com-un məlumatına görə, “kral klubu” bu dəfə ispan qolkiper üşün 65 milyon avro təklif edəcək. Hələlik “Qırmızı şeytanlar”ın bu təklifi necə dəyərləndirəcəyi qeyri-müəyyəndir.  

Qeyd edək ki, 26 yaşlı qolkiperin hazırkı müqaviləsi 2019-cu ilin iyununda bitir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43