Kateqoriyasız

Çempionlar Liqası: “Real”dan fantastik geridönüş – VİDEO

Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, “Real” ilk oyunda 3:4 hesabı ilə uduzduğu “Mançester Siti”ni qəbul edib.

4 qolun qeydə alındığı görüşdə “Real” fantastik geridönüş edərək qələbə qazanıb və finala vəsiqə əldə edib.

Karlo Ançelottinin komandası finalda “Liverpul”la üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki “Stad de Frans”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

4 may

23:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 3:1

Qollar:  Mahrez, 73 (0:1), Rodriqo, 90 (1:1), 90+1 (2:1), Benzema, 95-pen. (3:1)

Baş hakim: Daniele Orsato (İtaliya)

Madrid, “Santyaqo Bernabeu” stadionu.

İlk oyun – 3:4

3 may

“Vilyarreal” (İspaniya) – “Liverpul” (İngiltərə) – 2:3

İlk oyun – 0:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43