Dünyadan

“Real”dan sürpriz transfer həmləsi

Madridin “Real” klubu qışda göndəriləcək Xeseyə əvəzləyici tapıb. 

İdmanxeber.com-un məlumatına görə, “kral klubu” İngiltərə Premyer Liqasında “at oynadan” “Lester”in hücumameyilli yarımmüdafiəçisi Riyad Mahrezin transferi üçün hərəkətə keçib. 

Premyer Liqanın cari mövsümündə 16 matçda 13 qol vurub, 7 məhsuldar ötürmə edən Mahrezin transferi üçün qarşı tərəflə danışıqlara başlanıldığı bildirilir.

Qeyd edək ki, əlcəzairli futbolçuya “Arsenal”, “Mançester Yunayted” və “Tottenhem” də yaxından maraq göstərir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43