29 Sentyabr 2024
Dünyadan

“Real”dan “transfer bombası”

“Çelsi” aparıcı üzvü Eden Azarı satmaq qərarına gəlib.

İdmanxeber.com-un məlumatına görə, əvvəlki formasında uzaq düşən belçikalı ulduza Madridin “Real” klubu maraq göstərir. Belə ki, “kral klubu” London təmsilçisiilə danışıqlara başlamağı düşünür. “Real” Azarı transfer etsə 25 milyon avro ödəyəcək. 

Mövsümün əvvəlində londonlular Azara 100 milyon avro qiymət qoymuşdu. Hazırda isə klubun sahibi Roman Abramoviç gündən-günə performansı aşaöı düşən Azarı 4 dəfə aşağı qiymətə də satmağa razıdır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43