Dünya futbolu

“Real”dan yeni rekord – “Barselona”nı geridə qoydu

“Real” FİFA klublararası dünya çempionatında finala yüksəlib.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi bu göstərici ilə yeni bir rekorda imza atıb. Belə ki, “Kral klubu” sözügedən turnirdə beşinci dəfə finala vəsiqə qazanmağı bacarıb.

Komanda daha öncə 2014, 2016, 2017 və 2018-ci illərdə bu uğuru göstərmişdi. Madrid təmsilçisi finalların hamısında qələbə qazanıb.

“Real”ın əzəli rəqibi “Barselona” isə klublararası dünya çempionatının finalında 4 dəfə yüksəlib. Kataloniya təmsilçisi bu oyunların 3-də qələbə qazanıb, birində isə meydandan məğlub ayrılıb.

Karlo Ançelottinin yetirmələri finalda Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubu ilə üz-üzə gələcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43