Dünyadan

“Real”ı üzən, “Yuventus”u sevindirən xəbər

Çempionlar Liqasının yarımfinal mərhələsionin ilk görüşü çərçivəsində sabah Turində “Yuventus”un qonağı olacaq Madridin “Real” klubu bu qarşılaşmjaya ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “kral klubu”nun hücumçusu Kərim Benzema zədə səbəbindən İtaliyada meydana çıxa bilməyəcək. İspaniya mətbuatının yaydığı xəbərdə bildirilir ki, fransalı hücumçunun bu matça kimi hazır olacağı deyilsə də, bu baş verməyib.

Qeyd edək ki, “Yuventus” – “Real” oyunu sabah 23:45-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43