Dünya futbolu

“Real”ın 50 milyonluq yeni hədəfi

Madrid təmsilçisi “Real Betis”in gənc oyunçusu Cunior Firponu heyətinə qatmaq istəyir.

“Kral klubu” bu futbolçunu heyətinə qatmaqla “Yuventus”a keçəcəyi bildirilən braziliyalı oyunçu Marselonun yerini dolduracağı bildirilib.  “Real”ın baş məşqçisi Santiaqo Solari Marselonun əvəzedicisi Sercio Requilonun performasından məmnun olsa da, rəhbərlik Sevilya təmsilçisinin gənc ulduzunu transfer etməkdə israrlıdır.

“Betis” klubu avqust ayında  21 yaşlı futbolçu ilə  müqaviləni 2023-ə qədər uzatsa da, sözləşmədə 50 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib. “Real” isə bu maddədən istaifadə edib göstərilən məbləğ qarşılığında oyunçunu heyətinə qatmaq niyyətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Mourinyodan Neymar açıqlaması

admin

“Fənərbağça” ŞOKda

admin

Məsut Özildən Perezə cavab: “Peşəkar olmasaydım, 159 matçda oynamazdım”

admin