Dünya futbolu

“Real”ın 9 futbolçusu rəmzi komandada

İspaniyanın 2014/2015 mövsümünün ilk bölümünün rəmzi komandası müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “Marca” qəzetinin saytında keçirilən sorğuda 46 min azarkeş iştirak edib. Səsverməyə əsasən, siyahıda “Real”ın 9 futbolçusu yer alıb.

Rəmzi komandaya daxil olan oyunçular aşağıda adları qeyd olunanlardır:

Qapıçı: Kasilyas (“Real”)

Müdafiəçilər: Karvaxal, Serxio Ramos, Marselo (hamısı “Real”), Dieqo Qodin (“Atletiko” Madrid)

Yarımmüdafiəçilər: Toni Kroos, İsko, Xames Rodriqes, Qaret Beyl (hamısı “Real”)

Hücumçular: Kriştiano Ronaldo (“Real”), Lionel Messi (“Barselona“)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43