Dünya futbolu

“Real”ın azərbaycanlı futbolçusu: “…mübarizə aparmalıyıq”

“Real Mursiya”nın azərbaycanlı futbolçusu Eddi İsrafilov komandasının İspaniya Sequndasının 28-ci turu çərçivəsində “Numansiya”ya qarşı keçirəcəyi oyun barədə fikirlərini İspaniya KİV-nə bildirib. 

O, bunları söyləyib: 

 “Bu, çox çətin və gərgin səfər olacaq. Biz qələbə uğrunda mübarizə aparmalıyıq. Çünki, qələbə ilk dördlüyə yaxınlaşmağa kömək edəcək və biz “Numansiya”nı geridə qoya bilərik. Ümumilikdə, bu komandaya qarşı oyunlar həmişə çətin olur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43