Dünya futbolu

“Real”ın baş məşqçisi: “Mənim qapıçılar arasında ilk seçimim Lopezdir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının əsas qapıçısı kimi Dieqo Lopezi görür.

İspaniya mətbuatının yaydığı məlumata görə, “Qranada” ilə oyundan sonra açıqlama verən italyan mütəxəssis qapıçı seçimini Dieqo Lopezdən yana işlətdiyini bildirib: “O, liqada ilk iki matçda oynadı. Onu çox bəyəndim. Əsas heyətə düşmək uğrunda mübarizə futbolçulara yaxşı təsir edir. Ancaq mənim qapıçılar arasında ilk seçimim Lopezdir”.

Bu açıqlamadan sonra İker Kasilyasın hansı qərarı verəcəyi maraq doğurur.

Qeyd edək ki, Kasilyas ilə “Barselona” yaxından maraqlanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43