Dünyadan

“Real”ın daha bir futbolçusu “Napoli”nin maraq dairəsində

“Real” Madridin növbəti futbolçusu “Napoli”nin maraq dairəsindədir.

İdmanxeber.com-un məlumatı görə, Neapol təmsilçisi gözü ispan müdafiəçiyə düşüb.

İtalya klubunun yaxın günlərdə 31 yaşlı təcrübəli futbolçu ilə danışıqlara başlayacağı gozlənilir. “Napoli”nin Arbeloa üçün “Kral klubu”na 5 milyon avro təklif edəcəyi gözlənilir. Madrid təmsilçisi hələlik bu təklifə münasibət bildirmiyib. “Kral klubu” sözü gedən futbolçunu daha yüksək məbləğə satmağı planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl “Napoli” “Real”dan Raul Albiol, Xose Kallehon və Qonzalo İquaini heyətinə cəlb etməyi bacarmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43