Dünya futbolu

“Real”ın futbolçusu Almaniya klubunda

“Real” futbolçusu Filip Linhartı Almaniyanın “Frayburq” klubuna icarəyə verib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı xəbər yayıb. 20 yaşlı müdafiəçi bir mövsümlük icarəyə verilib. “Frayburq” icarə müddətinin sonunda gənc futbolçunu transfer etmək hüququna da malikdir.

Qeyd edək ki,  Filip Linhart Avstriya gənclər millisinin üzvüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43