Dünya futbolu

“Real”ın futbolçusu “Napoli”də

“Real”ın müdafiəçisi Rafa Marin karyerasını “Napoli”də davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, artıq klublar razılığa gəliblər. Müqaviləyə 22 yaşlı ispaniyalının geri alınması variantı daxil olacaq.

Marin “Real”ın yetirməsidi. O, ötən mövsüm “Alaves”də icarə əsasında çıxış edib. Müdafiəçi komandanın heyətində 35 oyun keçirib.

Marinin “Real”la müqaviləsi 2026-cı ilin yayına kimi idi. “Transfermarkt” portalı onun dəyərini 7,5 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43