Dünya futbolu

“Real”ın futbolçusuna İspaniyadan təklif

“Real”ın futbolçusu Dani Sebalyos mövsüm sonu klubdan ayrıla bilər.

İdmanxeber.az xəbər verir ki, “Betis” oyunçunun xidmətində maraqlıdır. Artıq tərəflər arasında danışıqlara start verilib.

Sevilya təmsilçisi Sebalyos üçün 10 milyon avro təzminat vermək niyyətindədi.

Dani La Liqada bu mövsüm 19 matça çıxıb, 2 asist edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43