20 Sentyabr 2024
Dünya futbolu

“Real”ın futbolçusuna 100 milyon maaş təklif edildi

“Real”ın müdafiəçisi Antonio Rüdiger komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı müdafiəçiyə Səudiyyə Ərəbistanından təklif var. Kristiano Ronaldonun çıxış etdiyi “Əl Nəsr” klubu oyunçunun xidmətində maraqlıdı. 

Ərəblər 31 yaşlı mərkəz müdafiçisinə 4 illik müqavilə və bu müddətdə 100 milyon avro maaş təklif edib.

Antonio Rüdiger ötən mövsüm “Real”da 48 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43