Dünya futbolu

“Real”ın hücumçusu “Valensiya”da

“Valensiya” “Real”ın hücumçusu Peter Qonzalesi icarəyə götürəcək.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubunun ikinci komandası “Kastilya”da çıxış edən oyunçu “yarasalar”da çıxış edəcək. 21 yaşlı forvardın satın almaq hüququ “Valensiya”ya məxsus olacaq.

Qonzales “Real”ın yetirməsidir. 21 yaşlı ispaniyalı 2023/24 mövsümündə “Kastilya”nın heyətində 18 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Transfermarkt.com” portalı futbolçunun dəyərini 1 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43