“Real”ın hücumçusu Xoselu klubdan ayrılır.
İdmanxeber.az-ın məlumatına görə, hücumçu karyerasını Qətərdə davam etdirəcək. O, “Əl-Qarafa” klubuna keçməyə qərar verib.
Ötən mövsüm Xoselu “Real”ın heyətində 49 oyuna çıxıb, 17 qol vurub və 3 qolun ötürməsini edib.