Dünya futbolu

“Real”ın qapıçısı “Mançester Siti”yə keçir

“Real”ın qapıçısı Andrey Lunin karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı ukraynalıya ilə “Mançester Siti” maraqlanır. İngiltərə klubu Səudiyyə Ərəbistanı təmsilçiləri ilə maraqlanan Edersona alternativ axtarır.  

Bu səbəbdən də ukraynalı qolkiper “şəhərlilər”in gündəminə gəlib. Luninin “Real” gələcəyi də şübhə altındadır.

Ötən mövsüm Lunin Madrid klubunda 31 oyun keçirib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43