Kateqoriyasız

“Real”ın “Qarabağ”a verə biləcəyi xeyir

Avropa Liqasının qrup mərhələsində Bakıda “Qarabağ”ın qonağı olacaq “Sevilya” bir neçə aparıcı oyunçusunu paytaxtımıza gətirməyə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 15 sentyabr – 6 oktyabr aralığında 7 oyun keçirməli olan “Sevilya” “Qarabağ”la oyundan 3 gün sonra La Liqada “Real”la qarşılaşacaq.

Məhz bu səbəbdən İspaniya mətbuatı yazır ki, baş məşqçi Xulen Lopeteqi aparıcı futbolçulara istirahət verə bilər.

Qeyd edək ki, “Sevilya” yığma komandaların növbəti oyunlarına qədər müvafiq olaraq “Alaves” (15 sentyabr), “Qarabağ” (19 sentyabr), “Real” (22 sentyabr), “Eybar” (26 sentyabr), “Real Sosyedad” (29 sentyabr), APOEL (3 oktyabr) və “Barselona” (6 oktyabr) ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43