Dünya futbolu

“Real”ın təxirə salınan oyununun vaxtı müəyyənləşdi

İspaniya çempionatının XVI turunun “Real” – “Valensiya” oyununun tarixi məlum olub.

İdmanxeber.com-un məlumatına görə, Madrid klubunun klublararası dünya çempionatında iştirak etdiyi üçün təxirə salınan matç fevralın 22-də keçiriləcək.

“Real”ın La Liqanın XXI turunda “Selta” ilə təxirə salınan oyununun vaxtı isə hələlik müəyyənləşməyib.

Qeyd edək ki, “Real” ehtiyatda iki oyununun olmasına baxmayaraq, 46 xalla liderdir. “Barselona” 45 xalla 2-ci, “Sevilya” 43 xalla 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43