01 Oktyabr 2024
Dünyadan

“Real”ın ulduzu PSJ-nin təklifini geri çevirdi, ancaq Madriddə də qalmayacaq

Dünya çempionatında  uğurlu çıxışı ilə yadda qalan Di Maria PSJ-nın təklifini rədd edib.

İdmanxeber.com-un məlumatına görə, argentinalı futboçu PSJ-də oynamaq istəmədiyini  bildirib. Buna səbəb isə argentinalı futbolçunun “Mançester Yunayted” dən təklif almasıdı. Yarımmüdafiəçi İngiltərəyə getmək istədiyini deyib.

Qeyd edək ki, məlumatı “L’Equipe” yayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43