Kateqoriyasız

“Real”la başlayır, “Qarabağ”la davam edir

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 1955-2019-ci illərdə Çempionlar Liqasında əldə olunan nəticələrə əsasən hazırlanan siyahıya Madrid “Real”ı başçılıq edir.

Qələbənin 2, bərabərliyin isə 1 xalla qiymətləndirildiyi reytinqdə Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” 100-lüyə düşüb. Komandamız 41 xalla 84-cü sıradadır.

#QarabağFK #reytinq #ucl #championsleague #çempionlarliqası


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43