Dünya futbolu

“Real”la oyun öncəsi “Borussiya”da ciddi itki

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Real” – “Borussiya” matçı öncəsi Almaniya təmsilçisi ciddi itki ilə üzləşib.

İdmanxəbər.com-un məlumatına görə, Dortmund klubu Mario Götzenin xidmətindən yararlana bilməyəcək. Buna səbəb 24 yaşlı yarımmüdafiəçinin dizindən zədələnməsidir.

Qeyd edək ki, “Borussiya” (13 xal) və “Real” (11) pley-off-a vəsiqəni təmin edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43