Maqazin

“Recep İvedik 5″ə növbəti zərbə

Xəbər verdiyimiz kimi "Recep İvedik 5" filmində azərbaycanlı boksçu obrazı söz-söhbətə səbəb olmuşdu.

İdmanxeber.com-un məlumatına görə, bu dəfə qınaq obyektivinə çevrilən məqam filmdəki güləş epizodu ilə bağlıdı.

Sözügedən idman növünü gülüş obyektinə çevirdikləri üçün Türkiyə Güləş Federasiyası "Recep İvedik 5" filminə görə bəyanat yayıb. Qurum Rio Olimpiadasında Türkiyənin qazandığı 8 medalın 5-nin güləşin payına düşdüyünü xatrladaraq güləşlə bağlı epizodun idman qaydalarına uyğun nümayiş etdirilməsini və ya həmin hissənin filmdən çıxarılmasını tələb edir, əks təqdirdə hüququ yollara baş vurulacağını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43