Ölkə futbolu

Redon Cica rəsmən “Qarabağ”da! – VİDEO

“Qarabağ” Redon Cicanın transferini açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, bununla bağlı Ağdam klubunun rəsmi Feysbuk səhifəsi video paylaşıb. Onunla bağlanan müqavilənin müddəti və digər detallar açıqlanmayıb.

Qeyd edək ki, Albaniya millisinin üzvü olan 24 yaşlı vinger son olaraq ölkəsində “Tirana”da çıxış edib. “Şkendiya”nın yetirməsi 2017-ci ildə “Laçi”yə keçib. Redon 2021-ci ildən formasını geyindiyi “Tirana”da 49 oyuna 29 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43