Ölkə futbolu

Region Liqasında oyun alveri ? – AFFA oyunu təxirə saldı

Region Liqasının 2-ci pley-off mərhələsi çərçivəsində 06.04.2019-cu il tarixində keçirilmiş “Füzuli” – “FC Baku” (ilk oyun 1:1, cavab oyunu 0:1) oyununun nəticəsinin manipulyasiyası şübhəsi ilə bağlı AFFA-ya məlumat daxil olub.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, daxil olmuş məlumat nəzərə alınaraq, liqanın yarımfinal mərhələsində aprelin 22-də təşkil olunması nəzərdə tutulan “FC Baku” – “Şahdağ” oyunu Region Liqasının İşçi Qrupunun 19.04.2019-cu il tarixli qərarı ilə qeyri-müəyyən müddətə təxirə salınır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43