Ölkə futbolu

Region Liqasında üçüncü yerin sahibi bəlli oldu

AFFA Region Liqasında üçüncü yer uğrunda oyun keçirilib.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Göyəzən” və “Ümid” komandaları üz-üzə gəliblər.

“ASCO Arena”da baş tutan görüşdə 7:2 hesablı qələbə qazanan “Ümid” kollektivi bürünc medallara sahib olub.

Medalları veteran futbolçu, milli komandanın skautu İlqar Qurbanov təqdim edib.

Qeyd edək ki, AFFA Region Liqasında final oyunu mayın 24-də Şamaxı şəhər stadionunda “Şimal” və “Hypers” kollektivləri arasında keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43