Dünya futbolu

Renat “Ayntraxt”la yeni müqavilə imzaladı – əsas komandada oynayacaq

Azərbaycan millisinin  üzvü Renat Dadaşov Almaniyanın “Ayntraxt” klubu ilə yeni müqavilə imzalayıb. Bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İdmanxeber.com-un məlumatına görə, yanvar ayından “Ayntraxt”ın U-19 komandasında oynayan Dadaşov bundan sonra əsas kollektivə cəlb ediləcək. 18 yaşlı oyunçunun Almaniya klubu ilə yeni müqaviləsinin müddəti 2020-ci ilin yayına qədər nəzərdə tutulub.

Sözləşmə ilə bağlı danışan klub rəsmisi Fredi Bobik Renatın əsas komandaya cəlb edilməsiylə bağlı bunları deyib: “Onun böyük potensialı var. Dadaşovun bütün müsbət cəhətlərini inkişaf etdirməkdə maraqlıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43