20 Sentyabr 2024
Ölkə futbolu

“Renat bizim daimi penalti vuran oyunçumuzdur” – türkiyəli məşqçi

Millimizin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” klubunun məşqçisi Gökhan Kağıtçıoğlu  “Başakşəhər”lə səfər görüşündə azərbaycanlı oyunçunun penaltini qola çevirə bilməməsi ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Volkan Dəmirəl cəzalı olduğu üçün komandanı meydana çıxaran mütəxəssis 24 yaşlı hücumçudan razılıq bildirib:

“Renat bizim daimi penalti vuran oyunçumuzdur. O, indiyə qədər bütün penalti zərbələrini qola çevirmişdi. Dadaşov çox güvəndiyimiz futbolçudur. Futbolda belə hallar olur. Düşünürəm ki, son dəqiqələrdəki yorğunluq və təzyiq zərbəni qola çevirə bilməməsində rol oynadı”.

Qeyd edək ki, Renat Dadaşovun 90+9-cu dəqiqədə penaltini qaçırdığı görüşdə “Başakşəhər” 1:0 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43