Dünya futbolu

Renat Dadaşov ABŞ klubu ilə matçda fərqləndi – VİDEO

Ayntraxt”ın ABŞ-dakı təlim-məşq toplanışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, frankfurtlular okeanın o tayında növbəti yoxlama matçına çıxıb. Millimizin üzvü Renat Dadaşovun komandası “San Xose” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Ayntraxt”ın yeganə qolunun vurulmasında millimizin hücumçusunun da əməyi olub. Belə ki, onun  məhsuldar ötürməsini Blum 83-cü dəqiqədə dəqiq tamamlayıb.

Qeyd edək ki, Renat bu görüşdən öncə “Sietl Sounders”lə yoxlama matçında da meydana çıxmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43