Kateqoriyasız

Renat Dadaşov Avropa Liqası üçün sifariş olundu

İngiltərənin “Vulverhempton” klubu  Avropa Liqası üçün yeni iştirak ərizəsini UEFA-ya təqdim edib.

İdmanxeber.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda  millimizin üzvü Renat Dadaşov da yer alıb. 20 yaşlı hücumçunun 40 nömrəli forma nömrəsi geyinəcəyi bildirilib.

Qeyd edək ki, “Vulverhempton” 1/16 finalda “Espanyol”la ilə üz-üzə gələcək. Bu komandalar arasında ilk oyun fevralın 20-i İngiltərədə, cavab görüşü fevralın 27-də İspaniyada olacaq.

Qeyd edək ki, Renat Dadaşov bu mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pakuş de Ferreyra” klubunda keçirib. O, bu ildən “Vulverhemton”un U-23 komandası ilə matçlarda iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43