Kateqoriyasız

Renat Dadaşov İngiltərədə növbəti oyununa çıxdı

Millimizin futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu “Vulverhempton”un U-23 komandası İngiltərə Premyer Liqa 2-də növbəti oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, “canavarlar” səfərdə “Sauthempton”dan olan yaşıdları ilə qarşılaşıb və uduzub – 0:1.

Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb.

“Vulverhempton” bu oyundan sonra yer aldığı 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43