28 Noyabr 2022
Kateqoriyasız

Renat Dadaşov “Liverpul”a qarşı oynadı və qol vurdu

Azərbaycan millisinin üzvü Renat Dadaşov formasını geyindiyi “Vulverhempton”un U-23 komandasında növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, “canavarlar” Beynəlxalq Premyer Liqa Kubokunun qrup mərhələsinin son turunda “Liverpul”un 23 yaşlılardan ibarət kollektivi ilə qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb – 2:2.

Renat Dadaşov matça start heyətdə çıxıb və sonadək meydanda olub. O, 49-cu dəqiqədə topu rəqib qapısından keçirərək komandasının 2-ci qolunu vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Birinci divizion: “Araz Naxçıvan” “Qarabağ”a, “Turan Tovuz” – “Şamaxı”ya qarşı

admin

Almeydadan Ağdamın işğalı ilə bağlı paylaşım

admin

“Neftçi” azarkeşlərindən 1500-dək mesaj almışdım” – “Neftçi”nin yeni transferi

admin