22 Sentyabr 2024
Dünya futbolu

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Türkiyə birinci liqasında 6-cı turun oyunları keçirilir.

Azərbaycan milli komandasının forvardı Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” evdə “Sakaryaspor”la qarşılaşıb. Matç paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində buraxılan Renat 60-cı dəqiqədə əvəzlənib. “Ankaragücü” 9 xalla 8-ci pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43