Portuqaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” səfərdə “Riu Ave” ilə qarşılaşıb.
Matçın əsas vaxtı qolsuz başa çatıb. Əlavə vaxtda meydana sonradan daxil olan Dadaşov komandasına qələbə qazandıran qolu vurub.
Bununlada komanda adını yarımfinala yazdırıb.