Kateqoriyasız

Renat Dadaşov qovuldu, komandası uduzdu

Gənclərdən ibarət millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Eştoril” Portuqaliya Sequndasında növbəti görüşünü keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 32-ci tura evdə “Akademika”nı qəbul edən “Eştoril” məğlub olub – 1:3.

Matça start heyətdə başlayan Renat 54-cü dəqiqədə – hesab 0:1 olarkən qırmızı vərəqə alaraq, meydandan qovulub və komandasını pis vəziyyətdə qoyub.

Qeyd edək ki, 32 turdan sonra “Eştoril” 51 xalla 4-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43