Kateqoriyasız

Renat Dadaşov üçün yeni klub – İngiltərədə yeni müştəri

“Vulverhempton”da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını İngiltərənin “Koventri” klubunda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Çempionşip təmsilçisinin baş məşqçisi Renatı komandasında görmək istəyir.

Lakin “Vulverhempton” Renatı heç bir kluba birdəfəlik satmağı düşünmür. “Canavarlar” Renatı əsas komandanın bir üzvü olaraq görür və ən yaxşı halda onu icarəyə verə bilər.

Qeyd edək ki, Renat 2019-cu ilin avqustunda keçdiyi “Vulverhempton”la 4 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43