Kateqoriyasız

Renat Dadaşov “Vulverhempton”da debütə hazırlaşır

Millimizin futbolçusunRenat Dadaşov “Vulverhempton”un əsas komandasında debütə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, Britaniya mətbuatı 20 yaşlı hücumçunun Avropa Liqasının 1/16 final mərhələsində “Espanyol”la qarşılaşmada meydana çıxacağını yazıb.

Komandanın baş məşqçisi Nunu Eşpiritu Santu Premyer Liqanın oyunlarına görə, əsas heyətin üzvlərinə istirahət verəcək. Bu səbəbdən də Renat Dadaşovun oyunun gedişində meydana buraxılacağı gözlənilir.

Bundan əlavə, Renat Dadaşov yeni sponsorluq anlaşması bağlayıb. Azərbaycan millisinin üzvü “Adidas” şirkəti ilə 3 illik müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə əsasən, yeni butslar satışa çıxarılanda Renata ən azı 3 dəst veriləcək. Futbolçuya xüsusi büdcə ayrılıb və o, dünyanın istənilən “Adidas” mağazasından idman dəsti və butsı ala biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43