Kateqoriyasız

Renat Dadaşov “Vulverhempton”da debüt etdi

Milli komandamızın hücumçusu Renat Dadaşov “Vulverhempton”un heyətində debüt edib.

O, U-23 komandasında “Blekbörn”ə qarşı matçda meydana çıxıb. 20 yaşlı forvard 0:1 hesabı ilə uduzduqları görüşdə 86 dəqiqə meydanda olub.

Qeyd edək ki, ötən ilin yayında Premyer Liqa təmsilçisi ilə müqavilə bağlayan Renat qış fasiləsinə qədər Portuqaliyanın  “Pakoş de Ferreyra” klubunda icarədə olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43