31 Yanvar 2023
Kateqoriyasız

Renat Dadaşovun komandasından növbəti məğlubiyyət

Portuqaliya çempionatında VII turun oyunları keçirilib.

Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” səfərdə “Gimaraynş”a uduzub – 0:1.

Renat da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 57-ci dəqiqəsində meydana buraxılıb.

Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 4 xalla 18 kollektiv arasında 17-cidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Daha bir legioner futbolçu “Qarabağ”dan gedir

admin

Samir Abasovun 150-ci oyunu

admin

“Qarabağ” Kipr klubunun 400 min avroluq təklifini geri çevirdi

admin