Kateqoriyasız

Renat İngiltərədə diqqət mərkəzində – “Liverpul”a vurduğu qol… (Video)

Millimizin futbolçusu Renat Dadaşovun “Vulverhempton”un heyətində “Liverpul”a vurduğu qol İngiltərə klubunda yanvar ayının ən yaxşı qoluna namizəd olub.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı hücumçunun U-23-ün heyətində Beynəlxalq Premyer Liqa Kubokunun qrup mərhələsinin son turunda  “Liverpul”un 23 yaşlılardan ibarət kollektivinin qapısından keçirdiyi top ötən ayın ən yaxşı qoluna namizədlər sırasında yer alıb.

Futbolsevərlər səsvermədə iştirak edərək ötən ayın ən yaxşı qolunu müəyyənləşdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43