Kateqoriyasız

Renat oynadı, komandası 3 xala sevindi

FutbolPressPortuqaliya çempionatında XI turun oyunları keçirilib.

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” doğma meydanda “Tondela” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Renat da görüşün iştirakçısı olub. O, 45+1-ci dəqiqədə meydana buraxılıb.

Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 8 xalla 18 kollektiv arasında 17-cidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43