Dünya futbolu

Renatlı “Eştoril” kubokdan vidalaşdı

Portuqaliya kubokunun 1/32 final mərhələsinin oyunları keçirilib.

U-21 millimizin üzvü Renat Dadaşovun formasını geyindiyi “Eştoril” komandası öz meydanında “Tondela” ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabi ilə bitdiyi üçün qalib penaltilər seriyasında məlum olub. Qonaq komanda “Tondela” penaltiləri daha dəqiq yerinə yetirərək 4:5 hesabı ilə növbəti mərhələyə yüksəliblər.

Renat Dadaşov oyunun 74-cü dəqiqəsində meydana daxil olub. O, növbə çatmadığından penaltilər seriyasında iştirak etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43